Rihannanın şərəfinə heykəl hazırlandıbackend

Rihannanın şərəfinə heykəl hazırlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 3-nə keçən gecə baş tutmuş Kostyum İnstitutunun Met Qala illik balı münasibəti ilə Metropolitan İncəsənət Muzeyinin (Nyu-York, ABŞ) salonlarından birində müğənni Rihannanın heykəli peyda olub.

İnterpress.az xəbər verir ki, fiqur 34 yaşlı sənətçinin “Vogue” jurnalının may nömrəsinin üz qabığındakı təsvirini xatırladır.

Qeyd edək ki, ilk övladını gözləyən Rihanna bu il Met Qalada iştirak etməyib.