Rövşən Əkbərovdan niyə general rütbəsi alınmadı? – Vəkilovbackend

Rövşən Əkbərovdan niyə general rütbəsi alınmadı? – Vəkilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəxri adlardan məhrumetmə cəza növlərindən biridir.

Bu sözləri Axar.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov sabiq korpus komandiri, generel-leytenant Rövşən Əkbərovun cinayət əməlinə görə Milli Qəhrəman adından və hərbi rütbədən məhrum edilməsi məsələsi haqda danışarkən deyib.

“Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin 15, 16 maddələri fəxri addan məhrumetmənin əsaslarını müəyyən edir. Maddəyə əsasən, Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız aşağıdakı hallarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir:

a) Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda – həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;

b) Fəxri ad almış şəxs onu ləkələyən xəta törətdikdə – fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən.

Əsasnamənin 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının fəxri adından məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılmalıdır”.

Hüquqşünas bildirib ki, Rövşən Əkbərovun cinayət işi ilə bağlı məhkəmə prosesinə sədrlik edən hakim işin xüsusiyyətlərini nəzərə alaraq, müttəhimi fəxri adlardan, yaxud mukafatlardan məhrum edə də bilər, etməyə də:

“Hakim hansı halları nəzərə alıb? Bu, qanundan və hakimin hüquq düşüncəsindən asılıdır”.

Qeyd edək ki, Rövşən Əkbərov CM-nin 1201. və 120.2.2 maddələri ilə (qəsdən adam öldürmə) ittiham edilərək, barəsində 10 il müddətinə həbs cəzası verilib.

Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə R.Əkbərovun fəxri adı və hərbi rütbəsi barədə qərar verilməyib. Məhkəmə buna səbəb kimi işdə hərbi rütbənin alınması ilə bağlı təqdimatın olmadığını göstərib.