Rusiya: ABŞ illərdir Fələstin dövləti yaratmaq cəhdlərinin qarşısını alıbbackend

Rusiya: ABŞ illərdir Fələstin dövləti yaratmaq cəhdlərinin qarşısını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın illərdir Fələstin dövləti qurmaq cəhdlərinin qarşısını aldığını bəyan edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. O bildirib ki, ABŞ-ın öz sahillərindən uzaqda öz maraqlarını müdafiə etmək üçün istifadə etdiyi heç bir ölkədə heç bir irəliləyiş yoxdur.

Hindistanın xarici işlər naziri Cayşankar da Rusiya ilə Hindistan arasında əlaqələrin möhkəm və sabit olduğunu bildirib: “Rusiya bizim çox etibarlı və dəyərli tərəfdaşımızdır. Bu əlaqələrdən həm Rusiya, həm də Hindistan qazanır. Rusiya ilə münasibətlər strateji yaxınlığa əsaslanır”.

Cayşankar bəyan edib ki, Rusiya ilə hərbi texnologiya, o cümlədən birgə silah istehsalı sahəsində əməkdaşlıq yaxşılaşıb.

Lavrov və Caishankar Koodankulam Atom Elektrik Stansiyası layihəsi ilə bağlı bəzi razılaşmalar imzalayıb.