Rusiya-Ukrayna müharibəsində ölən rusiyalıların SAYI AÇIQLANDI – ŞOK RƏQƏMLƏRbackend

Rusiya-Ukrayna müharibəsində ölən rusiyalıların SAYI AÇIQLANDI – ŞOK RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-2023-cü illərdə Rusiya-Ukrayna müharibəsində ən azı 70 min rusiyalı ölüb.

interpress.az xəbər verir ki, bu barədə Rosstat məlumat yayıb. Yəni bu rəqəmə yalnız rəsmi təsdiqlənmiş ölüm faktları daxildir.

“Təkcə 2023-cü ildə ən azı 45 min kişi həyatını itirib”, – “İmportant Stories” yazır.

Eyni zamanda, demoqraflar hesab edirlər ki, bu təxmin yalnız müharibədə ölənlərin minimum mümkün sayıdır.

Britaniya kəşfiyyatı isə bildirir ki, Ukraynada müharibə başlayandan bəri ruslar 465 mindən çox hərbçi (ölmüş və yaralanmış) itirib.

Ukrayna tərəfi hətta yarım milyondan çox insan rəqəmini göstərir. Müdafiə Nazirliyi isə itkiləri açıqlamır.

Xuraman Etibarlı

İnterpress.az