Rusiya Ukraynaya raket hücumu edib: ölənlər və yaralananlar varbackend

Rusiya Ukraynaya raket hücumu edib: ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Donetsk vilayətində Rusiya ordusunun atdığı raketin yaşayış binasını vurması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamaya görə, Donetsk vilayətinin Kramatorsk şəhərində raketin vurulması nəticəsində 4 mərtəbəli yaşayış binası dağılıb.

Açıqlamada hadisə yerinə sövq edilən axtarış-xilasetmə qruplarının 3 nəfərin cəsədini dağıntılar altından çıxararaq 2 nəfəri xilas etdiyi, 8 nəfərin isə yaralandığı bildirilib.