Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıbbackend

Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırdır, lakin onlar yerlərdə real vəziyyəti nəzərə almalıdırlar”.

İnterpress.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində deyib.

“Biz danışıqlara hazırıq, lakin onlar Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəldilməlidir”, – deyə nazir bildirib.