Rusiyada erməni disaporu “at oynadır”.
İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, Ermənistandan olan quldur Moskvada qadını döyüb, indi isə mütəşəkkil cinayətkar qrup – erməni diasporu işi bağmağa çalışır.
Ermənistandan olan sərxoş miqrant Ximkidəki mehmanxanalardan birində iğtişaş törədib. Onu dayandırmaq üçün Rusiya Milli Qvardiyası gəlib.
Bu da uzun müddət kömək etməyib. Qonşu otaqdan administratorla əlaqə saxlayıb, ondan yenidən polisə zəng etməsini xahiş ediblər.
Nəticədə, təhlükəsizlik qüvvələri erməni müqavimət göstərsə də, onu üstələyib polis bölməsinə apara bilib. Qonşu qadın təhlükəsizlik qüvvələrinə vəziyyəti izah etmək üçün otaqdan çıxan zaman erməni onun qarnına zərbə endirib.
Ancaq bu da hamısı deyil. Polis bölməsinə gedərkən o, maşında qabaqda oturmuş miqrant qadın çevrildiyi zaman onun burnuna təpik vurmağa nail olub.
Şöbəyə çatan kimi saxlanılan ermənini kabinetə aparıblar və 20 dəqiqə sonra onun Artur adlı “krışa”sı gəlib. O, qadının ərizə yazmaması üçün işi bağlamağa çalışıb.
Artur zərərçəkmiş qadına, həkimlərin polisə məlumat ötürməməsi üçün, susmaq müqabilində pul təklif edib. Qadın avtomobili idarə edərkən, yıxılaraq burnunu sındırdığını deməyə inandırmağa çalışıb. Həkim rentgen çəkdirdikdən sonra qadında zədə olduğu qənaətinə gəlib. Bundan sonra Artur işə bütün marağı itirib və “onun həmyerlisi buna görə məsuliyyət daşımayacağını” deyib.
“Heç nə olmaz, hara istəyirsən, yaza bilərsən”, – deyib Artur hədələyib.
Ertəsi gün zərərçəkmiş bütün sübutları əlavə edərək ərizə yazmağa gedib. İşçilər bu ifadəni könülsüz qəbul edərək qadınla əlaqə saxlayacaqlarını bildiriblər. Ancaq 2 həftə keçib və erməni cinayətkar disaporun təzyiqi və təsiri ilə iş baxlılmamış qalıb.
Xuraman Etibarlı
İnterpress.az