Taqanroqda fərdi evdə üç nəfərin meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Taqanroq şəhərində amansız üçlü qətl hadisəsi törədilib. Şəxsi yaşayış evlərindən birində iki qadın və bir kişinin cansız bədəni aşkar edilib.
Həyatını itirən şəxslərin 60, 64 və 86 yaşlarında olduğu müəyyən edilib.
İstintaq orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyini operativ şəkildə müəyyən edə biliblər.
Hadisəni törətdikdən sonra şübhəli şəxs dərhal qaçaraq gizlənib.
Hazırda onun yerinin müəyyən edilməsi və saxlanılması istiqamətində genişmiqyaslı axtarış-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






