Rusiyada dron hücumları ilə bağlı məlumatlar QADAĞAN OLUNDUbackend

Rusiyada dron hücumları ilə bağlı məlumatlar QADAĞAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq hakimiyyəti dron hücumlarının nəticələri ilə bağlı hər hansı məlumatın yayılmasını qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Beqlovun müvafiq qərar layihəsi şəhər administrasiyasının saytında dərc olunub. Bildirilir ki, Sankt-Peterburq hakimiyyəti dron hücumlarının nəticələri haqqında məlumatların yayılmasına qadağa qoymağı planlaşdırır.

“Sankt-Peterburq ərazisində pilotsuz uçan, sualtı və yerüstü gəmilərin və nəqliyyat vasitələrinin, pilotsuz aparatların və digər avtomatlaşdırılmış pilotsuz sistemlərin istifadəsinin nəticələri haqqında hər hansı məlumatın, o cümlədən foto və video materialların yayılmasını və nəşrini qadağan etmək qərarına gəldim”, – sənəddə deyilir.

Həmçinin “Müdafiə Nazirliyinin qüvvələrinin, rabitə sistemi strukturlarının, yanacaq-energetika kompleksi obyektlərinin təhlükəsizlik sistemlərinin, sənayenin, körpülərin və liman ərazilərinin yerləşdiyi yerlərin açıqlanmasına kömək edən hər hansı məlumatın” yayılması da qadağandır.

Sənədin antikorrupsiya ekspertizası aprelin 22-dən mayın 5-dək davam edəcək. Qərar layihəsində qadağanı pozanlara hansı cəzanın nəzərdə tutulduğu göstərilməyib.

2024-cü ilin martında Leninqrad və Kursk vilayətlərinin hakimiyyət orqanları oxşar qadağa tətbiq ediblər. Bu, regional əməliyyat qərargahının təşəbbüsü ilə baş tutub. Qadağanın pozulmasına görə mindən üç min rubla qədər cərimə nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az