Rusiyada “Google”a 15 milyon rubl cərimə kəsilibbackend

Rusiyada “Google”a 15 milyon rubl cərimə kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məhkəmə “Google”u rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığı üçün 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rusiyada ona qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Məhkəmə “Google”un rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək qanuna əməl etmədiyinə qərar verib və Google-a 15 milyon rubl (təxminən 165 min dollar) cərimə ödəməyə məcbur edib.

Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.

Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.