Rusiyada iş tapmaq getdikcə çətinləşir, vakansiyalar azalıb, CV-lərin sayı kəskin artıb.
İnterpress.az xəbər verir ki, bu barədə “SuperJob” məlumat yayıb.
Rusiyada iş tapmaq getdikcə demək olar ki, qeyri-mümkün hala gəlir. Ölkənin məşhur iş axtarışı platforması “SuperJob”un məlumatlarına görə, təkcə ilin birinci yarısında vakansiyaların sayı təxminən 20 faiz azalıb, yerləşdirilən CV-lərin sayı isə 33 faiz artıb.
Son iki il ərzində isə iş yerlərinin sayı bütövlükdə 28 faiz azalıb, iş axtaranların sayı isə 50 faiz çoxalıb.
Məlumata görə, işçi qüvvəsinə olan tələbatın azalması demək olar ki, bütün aparıcı və əsas sahələrdə müşahidə olunur.
Eyni zamanda, ölkə iqtisadiyyatının demək olar ki, bütün sektorlarında iş axtaran müraciətçilərin sayının artması tendensiyası davam edir.
Bu vəziyyət əmək bazarında gərginliyin və iş axtaranlar arasında rəqabətin kəskin artmasına yol açıb.
Xuraman Etibarlı
İnterpress.az






