Rusiyada keşiş HƏBS OLUNDUbackend

Rusiyada keşiş HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Verxoturyada keşiş “terrorizmi əsaslandırmaqda” ittiham edilərək həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Verxoturye şəhərində keşiş Yevgeni Pinçuk hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, səbəb onun sosial şəbəkələrdə “Rusiya Könüllü Korpusu”nun (Rusiyada terror təşkilatı kimi tanınıb) yaradıcısına hörmət ifadə etməsi olub.

Evinə baxış keçirilib və istintaq Pinçukun bu paylaşımının terrorizmi açıq şəkildə əsaslandırmaq kimi qiymətləndirildiyini bildirib.

Oktyabrın 17-də Verxoturye şəhər məhkəməsi istintaqın vəsatətini təmin edərək keşişin iki ay müddətinə həbsdə qalmasına qərar verib.

Əvvəllər o, Rusiya ordusunu “diskreditasiya etdiyinə” görə 100 min rubl cərimələnmişdi.

Xuraman Etibarlı

İnterpress.az