Sterlitamakdakı “Avangard” kimya zavodunda partlayışbaş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Sterlitamak şəhərində yerləşən “Avangard” kimya zavodunda partlayış baş verib.
İlkin məlumatlara görə, partlayış zavodun üçüncü sexində baş verib.
Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Dağıntılar altından üç nəfər xilas edilib. Bir binaya ciddi ziyan dəyib.
Axtarışlar davam edir, çoxlu sayda təcili yardım maşınları hadisə yerindədir.
Hazırda mütəxəssislər partlayışın səbəbini araşdırır və təhlükəsizlik tədbirləri gücləndirilib.
Xuraman Etibarlı
İnterpress.az






