Sankt-Peterburqda kişi iki aydır sağ olduğunu sübut etməyə çalışır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İyunun əvvəlində İqor poliklinikaya müraciət edərkən ona deyiblər ki, sən rəsmi sənədlərə görə ölü sayılırsan.
Daha sonra bankomatdan pul çıxara bilməyən kişi eyni cavabı bankdan alıb, sosial yardım dayandırılıb və hətta qeydiyyat orqanından ölüm şəhadətnaməsi verilib.
Məlum olub ki, dörd il əvvəl onun pasportunu oğurlayıblar və onu istifadə edən şəxs ölüb, nəticədə sistem iki insanı qarışdırıb.
Problem hələ də həll edilməyib və İqor rəsmi olaraq hələ də ölü sayılır.
Xuraman Etibarlı
İnterpress.az