Rusiyada məscid tikintisinə etiraz edənlərə cinayət işi AÇILIR – FOTO/VİDEObackend

Rusiyada məscid tikintisinə etiraz edənlərə cinayət işi AÇILIR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məscid tikintisinə etiraz edənlərə qarşı cinayət işi açılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya sosial şəbəkələrində Permdə ultrasağ fəalların müsəlmanlara qarşı çıxışının əks-səda doğuran videosu yayılıb.

Videoda məscid tikintisinin əleyhdarları qardan adamlara niqab geyindirib və onlara müsəlmanları təhqir edən yazılar yapışdırıblar.

Bildirilir ki, Permdə məscid tikintisinə etiraz edən fəallar qardan qadınlar düzəldib niqab geyindiriblər. Onların üzərində “bandit məscidi”, “müslimlər”, “ağ qadınlar və qaradərili qonaqlar” yazıları olan təxribat xarakterli şüarlar yazılmış lövhələr yerləşdiriblər.

Foto və videonu yerli sakin Anna Pyanzina yayımlayıb. Prokurorluq aksiyada nifrətə çağırış əlamətləri görüb və cinayət işinin açılmasını nəzərdən keçirir.

İş DİN-in “E” Mərkəzi tərəfindən aparılır. Yoxlamanı polis polkovnik-leytenantı Əli Tarverdiyev aparıb.

“Əsas sübut linqvistik araşdırma idi. Təşkilatçılar tamaşaçılar üçün rus qadınlarını təhdid edən düşmən müsəlman qrupunun obrazını yaradıblar”, – mətndə deyilir.

İndi onları 5 il həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az