Rusiyada naməlum şəxs məscidi yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Amur vilayətinin Blaqoveşensk şəhərində naməlum şəxs məscidi yandırıb.
Media gəncin məscidin girişinə molotov kokteyli olan şüşə ataraq qaçdığını yazıb.
Məlumata görə, xalça və şəxsi əşyalar yanıb, yanğının sahəsi 10 kvadratmetrə yaxın olub.
Xuraman Etibarlı
İnterpress.az