“Stavka”lar həqiqətən yüksəkdir. Müharibəyə son qoymağın vaxtıdır.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, üçtərəfli formatda – Ukrayna, ABŞ və Rusiya arasında – səmimi dialoqun açılmasının vacibliyini vurğulayıb.
“Əsas odur ki, bu görüş real yolla dürüst sülhə və liderlərin məzmunlu müzakirəsinə imkan açsın.
Artıq müharibəni sona çatdırmaq vaxtıdır və bunun üçün müvafiq addımlar Rusiyadan gəlməlidir.
ABŞ-dən ümidvarıq. Hər zamanki kimi maksimum məhsuldar işləməyə hazırıq”, – Zelenski bildirib.
Xuraman Etibarlı
İnterpress.az