Rusiya Qara dənizdə Ukrayna gəmilərinin saxlanması ilə bağlı insidentə görə BMT prosesindən çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Məlumata görə, Rusiya 2018-ci ildə Qara dənizdə Ukrayna gəmilərinin saxlanması ilə bağlı insidentlə bağlı BMT prosesindən çıxıb.
“Buna səbəb prosessual pozuntular və tribunalın qeyri-legitim tərkibi olub”, – departament qeyd edib.
2018-ci ildə Ukrayna gəmilərinin saxlanması prosesində “arbitrlər”in heç bir qərarı hüquqi qüvvəyə malik olmayacaq və Rusiya tərəfindən tanınmayacaq.
Xuraman Etibarlı
İnterpress.az