Polşa Ukraynaya öz əsgərlərini sülhməramlı kontingent kimi göndərmək niyyətində deyil.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“Biz Polşa qoşunlarını Ukraynaya göndərməyəcəyik. Polşanın başqa vəzifələri var, xüsusən də bu, NATO-nun şərq cinahını qorumaqdır”, – nazir bildirib.
O əlavə edib ki, bu mövqe təkcə hökumət koalisiyası deyil, həm də Polşanın bütün əhalisi tərəfindən bölüşdürülür.
“Polşa öz qoşunlarını Ukraynaya göndərməsə də, bu, onun “İstəklilər Koalisiyası”nda iştirak etməməsi demək deyil. Amma Polşanın bu koalisiyada “başqa vəzifələri” də var.
“Bizim başqa vəzifələrimiz də var ki, onları yerinə yetirmək lazımdır və indi bu, Polşanın mövqeyini tam başa düşən müttəfiqlərimizlə münasibətlərə aiddir”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az