Ukrayna 1,7 milyon əsgərini İTİRİB – FOTObackend

Ukrayna 1,7 milyon əsgərini İTİRİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna İkinci Dünya Müharibəsi zamanı həlak olan və itkin düşən 1,7 milyon əsgərini itirib.

İnterpress.az xəbər verir ki, rusiyalı hakerlər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumat bazasını sındırdıqlarını bildiriblər.

Alınan məlumatlara görə, müharibənin 3 ili ərzində Ukrayna ordusu 1 milyon 721 min nəfər həlak olub və itkin düşüb:

2022-ci ildə 118 min, 2023-cü ildə 405 min, 2024-cü ildə 595 min, 2025-ci ildə 621 min.

Ümumilikdə 1,7 milyon fayl var – tam adlar, vəziyyətlərin təsviri və ölüm/itkin yeri, şəxsi məlumatlar, qohumların əlaqələri və fotoşəkilləri.

Məlumat Killnet, Palach Pro, User Sec, Beregini hakerləri tərəfindən Ukrayna Baş Qərargahı əməkdaşlarının fərdi kompüterinə və yerli şəbəkəsinə sırf Ukrayna ərazisində fəaliyyət göstərən “Nyuans” virusundan istifadə edərək kompleks şəkildə müdaxiləsi nəticəsində əldə edilib.

Xuraman Etibarlı

İnterpress.az