ABŞ Ukraynaya təhvil verdiyi silahları avropalılara 10% baha qiymətə satır.
İnterpress.az xəbər verir ki, bu barədə Fox News-a müsahibə verən Xəzinədarlıq Departamentinin rəhbəri Skott Bessent bildirib. O, Ukrayna üçün təhlükəsizlik təminatının bir hissəsi kimi hava örtüyü xərclərinin haradan gələcəyi ilə bağlı sualı cavablandırıb.
“Biz silahları avropalılara satırıq, sonra onları ukraynalılara veririk və prezident Tramp silahlara 10% əlavə edir, ona görə də bəlkə bu 10% hava örtüyü xərclərini ödəyəcək”, – Bessent vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, ABŞ müharibə başa çatdıqdan sonra əvvəllər yatırdığı vəsaitləri Ukrayna ilə iqtisadi tərəfdaşlıq yolu ilə kompensasiya etməyi gözləyir.
Xuraman Etibarlı
İnterpress.az