İran və Misirin xarici işlər nazirləri Əraqçi və Əbdül Ati Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Misirli nazir ölkəsinin və Qətərin Qəzzada atəşkəsin yaradılması istiqamətində son səylərindən danışıb.
Əraqçi öz növbəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Xarici İşlər Nazirlərinin gələn həftə keçiriləcək və Qəzza zolağındakı vəziyyətə həsr olunacaq fövqəladə iclasının əhəmiyyətini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az