Valyutadəyişmə məntəqəsinin mühafizəçisi iş yerini QARƏT ETDİ – VİDEObackend

Valyutadəyişmə məntəqəsinin mühafizəçisi iş yerini QARƏT ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valyutadəyişmə məntəqəsinin mühafizəçisi iş yerini qarət edib.

İnterpress.az xəbər verir ki, 25 yaşlı gənc xüsusi olaraq Sankt-Peterburqda valyutadəyişmə məntəqəsində işə düzəlib.

Pulların yığılmasını gözlədikdən sonra o, işçilərdən birinin üzünə bibər qazı vurub, pul olan bel çantasını oğurlayıb və qaçıb.

O, iş yerini xəyalı naminə – Gelendvagen almaq üçün qarət edib – 11 milyon rubl (təxm. 233 min 450 man.) talayıb.

Soyğunçu tezliklə arzusunu həyata keçirib – Mercedes-Benz SUV alıb və sonra Moskva bölgəsinə gedib.

Ancaq xoşbəxtlik qısa sürüb: polis əməkdaşları onu artıq Pavlovski Posaddakı avtoyuma məntəqəsində gözləyirdilər.

Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az