Ukraynalı futbolçu Rusiyanın “Çayka” klubunun ÜZVÜ OLDUbackend

Ukraynalı futbolçu Rusiyanın “Çayka” klubunun ÜZVÜ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı futbolçu Rusiya vətəndaşlığı alıb və Rostovun “Çayka” klubunun futbolçusu olub.

İnterpress.az xəbər verir ki, bu barədə klubun çıxış etdiyi Rusiya çempionatının ikinci divizionunun saytı məlumat yayıb.

Ukraynanı tərk edən gənc futbolçu Aleksandr Rosputko Rusiya vətəndaşlığını alıb və Rostovun “Çayka” klubunun futbolçusu olub.

Rosputko “Şaxtyor”un gənclərdən ibarət komandasında çıxış edib. 2023-cü ildə, 19 yaşında Belçikadakı matçdan sonra klubu tərk edib.

Daha sonra onun Rusiya Federasiyasına getdiyi məlum olub və klub onunla müqaviləyə xitam verib.

Futbolçu iki il klubsuz qalıb.

Xuraman Etibarlı

İnterpress.az