Ermənistanda silah anbarı TAPILDIbackend

Ermənistanda silah anbarı TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisi Ararat rayonunda silah anbarı tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Masis qəbiristanlığının yaxınlığındakı əraziyə baxış zamanı 2 ədəd pulemyot, 1 ədəd patronu olan Kalaşnikov avtomatı, 1 ədəd boş magazin, 1 ədəd patron darağı, 26 ədəd patron, 1 ədəd RQD qumbarası və digər döyüş sursatları aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az