Suriyanın cənubunda sursat partlaması: 4 İsrail əsgəri yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun Suriyanın cənubunda keçirdiyi əməliyyat tədbirləri zamanı sursat partlaması baş verib.
Nəticədə 4 əsgər yüngül yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma başlayıb.
Xuraman Etibarlı
İnterpress.az