Rusiya tərəfindən buraxılan “Şahed” Polşaya DÜŞDÜbackend

Rusiya tərəfindən buraxılan “Şahed” Polşaya DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfindən buraxılan “Şahed” Polşanın şərqində qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa xəbər agentliyi PAP məlumat yayıb.

Rusiyaya məxsus pilotsuz uçan aparat Polşanın şərqində, Ukrayna ilə sərhəddən təxminən 100 km, Belarusla sərhəddən isə 90 km məsafədə yerləşən Osiny kəndi yaxınlığında qəzaya uğrayaraq partlayıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Polşa rəsmiləri dronun Rusiya istehsalı olduğunu təsdiqləyib.

Polşanın müdafiə naziri Kosiniyak-Kamış hadisəni Rusiyanın birbaşa təxribatı kimi qiymətləndirərək, bu cür hərəkətlərin NATO ölkələrinin təhlükəsizliyini təhdid etdiyini qeyd edib.

O, həmçinin vurğulayıb ki, insident beynəlxalq arenada münaqişənin sülh yolu ilə həllinə ümidin yarandığı kritik bir məqamda baş verib.

Xuraman Etibarlı

İnterpress.az