Ayağı sınmış rus qadın bir həftədir ki, təxminən 7000 metr yüksəklikdəki “Pobeda” zirvəsində qalıb. Qadına kömək etməyə çalışan italiyalı alpinist ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
47 yaşlı Nataliya Qırğızıstan dağlarında enərkən xəsarət alıb. Onun turist yoldaşı Roman ilk yardım göstərib və köməyə gedib.
Ertəsi gün italyan alpinist Luka və onun alman həmkarı qadının yanına gediblər. Onlar yataq çantası, yemək və ocaq gətiriblər, gecələyiblər, sonra əlavə kömək üçün düşərgəyə gediblər.
Yenidən Natalyanın yanına qalxmaq istəyəndə turistlər çovğuna düşüblər. Lukanın əlləri donub, beyin ödemi əmələ gəlib və ölüb.
Həmin gün qadının yanına göndərilən helikopter pis hava şəraiti səbəbindən onu təxliyə edə bilməyib və sərt eniş edib.
On nəfərdən ikisi yaralanıb, qalanları Romanı və alman alpinistini təxliyə etməklə məşğul olub.
Pilotsuz təyyarənin görüntülərinə görə, rusiyalı qadın cırıq çadırda, yuxu çantasına bükülmüş vəziyyətdədir. Yeməyi qalmayıb.
Qeyd edək ki, dörd il əvvəl əri də bu dağlarda ölüb: 6000 metr yüksəklikdə insult keçirib. Kişinin meyiti heç vaxt tapılmayıb.
Xuraman Etibarlı
İnterpress.az