Böyük Britaniya Rusiyanın beş təşkilat və üç şəxsinə qarşı SANKSİYA TƏTBİQ ETDİbackend

Böyük Britaniya Rusiyanın beş təşkilat və üç şəxsinə qarşı SANKSİYA TƏTBİQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya anti-Rusiya sanksiyaları çərçivəsində beş təşkilat və üç şəxsə məhdudiyyətlər qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Londonun “A7A5 layihəsi”nin direktoru adlandırdığı Rusiya vətəndaşı Leonid Şumakov da daxildir.

İyun ayında Britaniyanın “Financial Times” qəzeti Qırğızıstanda satışa çıxarılan rubla bağlı stabilkoin A7A5 vasitəsilə cəmi bir neçə ay ərzində 9,3 milyard dolların keçdiyini bildirib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, yeni sanksiyalar Rusiyanın istifadə etdiyi Qırğızıstanla əlaqəli kriptovalyuta şəbəkələrinə qarşı yönəlib.

Xuraman Etibarlı

İnterpress.az