Rusiyada məscid YANDIRILDI – VİDEObackend

Rusiyada məscid YANDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komidə qız dələduzların göstərişi ilə məscidi yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Komi şəhərinin 20 yaşlı sakini özünü Sberbank işçisi kimi təqdim edən fırıldaqçılar tərəfindən aldadılıb.

Əvvəlcə onu aldadaraq, 65.000 rubl (təxm. 1 400 man.) pulu saxta “qorunan” hesaba köçürdüblər. Sonra “polisləri” işə cəlb ediblər və onu yerli məsciddə satanist zəng mərkəzinin gizləndiyinə inandırıblar.

Qız benzin alıb yandırıcı qarışıq hazırlayıb və məscidi yandırıb. Bina tamamilə yanıb və hazırda istismardan çıxıb.

Yanğın törədən şəxs FTX (FSB) əməkdaşları tərəfindən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az