Terror aktına bomba yığan zaman partlayış BAŞ VERDİ – İki mənzil DAĞILDI – VİDEObackend

Terror aktına bomba yığan zaman partlayış BAŞ VERDİ – İki mənzil DAĞILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada terror aktı hazırlayan şəxslər bomba yığan zaman partlayış baş verib və iki mənzil dağılıb.

İnterpress.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Ukrayna və Belarus vətəndaşları Xantı-Mansiyskdə rus hərbçisinə qarşı terror aktı hazırlayırmış.

Ukrayna agentləri bomba yığan zaman o, partlayıb və iki mənzil dağılıb. Terror aktını hazırlayanlar da daxil olmaqla 5 nəfər yaralı olaraq xəstəxanaya çatdırılıb.

Departamentdən bildirilib ki, partlayıcı maddələr üçün komponentlər gətirən Moldova vətəndaşı da saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az