Ermənistan “Şimal-Cənub” proqramının Sisian-Kacaran hissəsinin tamamlanması daha 2 il təxirə salıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Şimal-Cənub” proqramının Sisian-Kacaran hissəsinin tamamlanması daha 2 il təxirə salınıb.
İndi erməni hakimiyyət onu 2033-cü ilin noyabrına qədər başa çatdırmağı planlaşdırır.
Yeni tarix Nazirlər Kabinetinin iclasında ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan tərəfindən açıqlanıb.
Marşrut İranla sərhədə qədər yolu 2 saat qısaldacaq.
Layihə çərçivəsində planlaşdırılan Bərgüşat tuneli (8,65 km) regionda ikinci ən uzun tunel olacaq.
Xuraman Etibarlı
İnterpress.az