Rusiyadan Ermənistana tank hissələrini göndərmək istəyən şəxs saxlanıldı – FOTObackend

Rusiyadan Ermənistana tank hissələrini göndərmək istəyən şəxs saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ural əməliyyat gömrüyünün əməkdaşları tank stabilizatorunun ehtiyat hissələrinin Ermənistana göndərilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Çatdırılmanı təşkil etmək üçün Rusiya Federasiyası vətəndaşı nəqliyyat və logistika şirkətinə saxta etibarnamə təqdim edib”, – Ural Gömrük İdarəsinin məlumatında qeyd olunur.

Rəsmi məlumatda qeyd olunur ki, Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin araşdırmasına əsasən, ələ keçirilmiş stabilizatorlar hərbi texnikada və “T-72” tanklarında quraşdırılır.

İstehsalçı qeyd edir ki, bu məhsul Rusiya Federasiyası Müdafiə Nazirliyinin raket-artilleriya idarəsinin (idarə etməsinin) nomenklaturasına aiddir və onun açıq satışı qadağandır.

Qanunsuz ixrac faktı ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi (“Hərbi texnika avadanlıqlarının qaçaqmalçılığı”) ilə cinayət işi açılıb.

Sözügedən maddə yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.

 

 

 

İnterpress.az