Ruslar Gürcüstanla sərhəddə tıxacda qalan avtomobillərini satırlarbackend

Ruslar Gürcüstanla sərhəddə tıxacda qalan avtomobillərini satırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiyanın Gürcüstanla sərhəddəki tıxaclar kortəbii avtomobil bazarı yaradıb. Burada dayanan rusiyalılar nəzarət-buraxılış məntəqəsindən daha rahat keçmək üçün maşınlarını satmağa çalışırlar.

İnterpress.az xəbər verir ki, belə elanlar Gürcüstana gedişlə bağlı “Telegram” çatlarında görünməyə başlayıb.

Avtomobil sahibləri təkcə qiyməti deyil, həm də avtomobillərinin keçid məntəqəsinə qədər olan məsafəsini göstərirlər.

Alıcılara “Kia”dan tutmuş “Mercedes”ə qədər geniş seçim təklif olunur.

Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən digər bir tərəfdən də Prezident Vladimir Putin 21 sentyabr tarixində ölkədə qismən səfərbərlik elan edib. Elan edilən qismən səfərbərlikdən sonra müharibədə iştirak etmək istəməyən ruslar ölkələrini elə həmin gündən tərk etməyə başlayıblar. Ruslar bu günlərdə ən çox Finlandiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə xüsusilədə Gürcüstana üz tuturlar.