Moskva İstintaq Komitəsinin sabiq rəhbəri vaxtından əvvəl azadlığa buraxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Moskva Şəhər İstintaq Komitəsinin keçmiş rəhbəri Aleksandr Drımanov həbs müddətini başa vurmadan azadlığa çıxıb.
O, 2020-ci ildə kriminal avtoritet Zaxariy Kalaşovdan (“Şakro Molodoy”) vəzifə səlahiyyətlərindən istifadə etməklə rüşvət aldığına görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İstintaqın məlumatına görə, Drımanov və tərəfdaşları bir milyon dollar məbləğində rüşvət qəbul ediblər.
Bundan başqa, sabiq general təxminən 500 min rubl məbləğində əlavə rüşvəti isə öz müavininin vəzifədə irəliləməsi üçün alıb.
Məhkəmənin qərarı ilə o, səhhətindəki problemlərə görə vaxtından əvvəl azadlığa buraxılıb.
Məlumata görə, Drımanov artıq bir ildir ki, azadlıqdadır, lakin bu barədə ictimaiyyət yeni xəbər tutub.
Xuraman Etibarlı
İnterpress.az