Sabah bəzi rayonlarda dolu düşəcəkbackend

Sabah bəzi rayonlarda dolu düşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27,  gündüz 34-39, Bakıda  gecə 25-27, gündüz  36-38 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

İyulun 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 22-27, gündüz  36-41, dağlarda gecə 16-21, gündüz  23-28 dərəcə  isti olacaq.

 

İnterpress.az