Saimat Meyxer: KİV-də gedən islahatlar “Nedelya” ya çatdıbackend

Saimat Meyxer: KİV-də gedən islahatlar “Nedelya” ya çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ədalət gec vəya tez zəfər çalır”

Sfera.az xəbər verir ki, bu sözləri “Nedelya” qəzetinin baş redaktoru Saimat Meyxer sosial şəbəkədə yazıb. O bildirib ki, qəzet 23 illik fəaliyyətində ilk dəfədir KİVDF tərəfindən maliyyə yardımı ayrılması qərarı verilib.

Saimat Meyxerin facebook paylaşımını olduğu kimi təqdim edirik:

“Əziz dostlar və həmkarlar!
Bu gün kollektivimiz üçün çox xoş bir gündür.

23 il öncə təsis edilmiş və bu gün mənim rəhbərlik etdiyim “Nedelya” qəzeti ilk dəfədir ki, KİVDF tərəfindən maliyyə yardımına layiq görülür.

Demək KİV sahəsində başlamış islahatlar xəyal deyil və artıq islahat gerçəkliyi bizə də çatdı.

Bizim qəzetimiz hər zaman öz ayağı üstündə duran, qəzet köşklərində soruşulan və alınan qəzetlərdən olub.

Bu gün KİVDF bizə etimad göstəribsə bu həm də oxuyucularımızın uğurudur. O oxuyucalar ki, bizim ayaq üstə qalmağımıza səbəb olublar və bu günə gəlib çatmağımızı təmin ediblər.

Ayrılan dəstəklə biz oxuyucularımıza daha çox layiq olmağa və onların zövqünə uyğun bir qəzet olaraq qarşılarına çıxmağa çalışacağıq.

Bir daha bu illər ərzində yanımızda olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.

 

Ədalət gec vəya tez zəfər çalır”.