“Biz sülhü qorumaq üçün hər şeyi edəcəyik, lakin Rusiya hücum edərsə, özümüzü müdafiə edəcəyik”.
İnterpress.az xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu rusiyalı bloger Yuri Duda müsahibəsində deyib.
Sandu bildirib ki, Moldova Rusiyanın özünə qarşı təcavüz riskini minimuma endirməyə çalışacaq, lakin belə bir ssenari baş verərsə, Rusiya Moldova ərazisini işğal edərsə, müdafiə olunacağıq.
“Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik, o cümlədən Avropaya inteqrasiya planımızı həyata keçirməyə çalışacağıq. İlk növbədə, bu, təhlükəsizliyin təmin edilməsi planıdır, çünki Aİ sülh layihəsidir”, – Sandu qeyd edib.
Ondan Moldovanın işğal olunacağı təqdirdə müqavimət göstərib-etməyəcəyi ilə bağlı ilkin suala daha aydın cavab verməsi istənilib.
“Biz mütləq ölkəmizi müdafiə edəcəyik”, – deyə Sandu cavab verib.
Xuraman Etibarlı
İnterpress.az