Saxta peyvənd pasportu verən şəxslər məsuliyyətə cəlb edilir – RƏSMİbackend

Saxta peyvənd pasportu verən şəxslər məsuliyyətə cəlb edilir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, Azərbaycanda da koronavirus əleyhinə saxta peyvənd pasportu verənlər var”., bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, insanlar var ki, əlində COVID pasportu var, amma hazırda reanimasiyadadır və ağır vəziyyətdədir:

“Araşdırma zamanı məlum olub ki, onlar saxta pasport alıb. Düşünün ki, insan pul verib saxta pasport alıb, amma onun həyatı böyük bir təhlükə altındadır. Bütün bunlar araşdırılır və həmin şəxslər məsuliyyətə cəlb edilir”.