Sədr: “Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ vəkilləri qane etmir”backend

Sədr: “Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ vəkilləri qane etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar cəmiyyətdə və müəyyən dövlət qurumlarında dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödəniləcək məbləğin azlığı ilə bağlı müzakirələr gedir”.

İnterpress.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkillərə ödənilən vəsait 2018-ci ildə 2 manatdan 6 manatadək artırılıb:

“Lakin 2018-dən bugünədək bütün sahələrdə məvaciblər və digər ödənişlər artırılıb. Təbii ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait də artırılmalıdır. Bəli, vəkillər bu vəzifəni layiqincə yerinə yetirir. Amma, beynəlxalq standartlara görə, bazar şəraitinə uyğun məbləğin ödənilməsini dövlət həyata keçirir”.