“HƏMAS girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb və hələ də onların tam siyahısını İsrailə təqdim etməyib”.
İnterpress.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi “Rossiya 24” telekanalının efirində bildirib.
“Bildiyim qədər indi danışıqlar aparılmır. HƏMAS öz təşəbbüsü ilə bunu dayandırıb”, – diplomat bildirib.
O qeyd edib ki, İsrail bütün girovların dərhal azad edilməsini gözləyir.