Şəmkirdə avtoxuliqanlıq edən gənc saxlanıldı – Fotobackend

Şəmkirdə avtoxuliqanlıq edən gənc saxlanıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Interpress.az-a verilən məlumata görə, rayon sakini, Zaur Hüseynquliyev sürücülük idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Z. Hüseynquliyev barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimə edilərək 1 il sürücülük hüququndan məhrum edilib.