Serbiya prezidenti Rusiya ilə münasibətlərin pisləşməsi ilə bağlı xalqa MÜRACİƏT EDƏCƏKbackend

Serbiya prezidenti Rusiya ilə münasibətlərin pisləşməsi ilə bağlı xalqa MÜRACİƏT EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Rusiya ilə münasibətlərin pisləşməsi ilə bağlı xəbərlə əlaqədar xalqa müraciət edəcək.

interpress.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya ilə Serbiya arasında münasibətlərin pisləşməsi ilə bağlı xəbərlə əlaqədar prezident xalqa müraciət edəcək.

Bundan əvvəl məlum olub ki, Ukrayna üçüncü şəxslər vasitəsilə Serbiyadan təxminən 800 milyon avro dəyərində sursat alıb. Bu barədə Financial Times məlumat yayıb.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova Ukrayna Silahlı Qüvvələrinə Serb sursatlarının tədarükü ilə bağlı məlumatların yoxlanmasının zəruriliyini bəyan edib.

“Bu, həm də təxribat ola bilər. Bunu əvvəlcə yoxlamaq lazımdır. Bizim Serbiya ilə elə münasibətlərimiz var ki, buna inanmaq çox çətindir”, – Jurova bildirib.

Xuraman Etibarlı

İnterpress.az