Sərhəddən keçirilməsinə cəhd edilən valyutaların həcmi AÇIQLANDIbackend

Sərhəddən keçirilməsinə cəhd edilən valyutaların həcmi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində nəzarətin həyata keçirilməsi zamanı 137 910 ABŞ dolları aşkar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradov məlumat verib.

O bildirib ki, eləcə də 3 348 000 rus rublu, 41 550 avro, 6 820 gürcü larisi, 50 300 saxta ABŞ dolları aşkar edilib:

“Valyuta vahidləri ilə yanaşı 2 milyon 713 min 831 manat dəyərində 7328 ədəd qızıl zinət əşyaları və külçələr, 23 378 manat dəyərində 428 ədəd gümüşdən hazırlanmış məişət və zinət əşyaları, 1 335 135 manat dəyərində 11 692 karat qiymətli daşlar və s. sərhəddən keçirilməsinə cəhd göstərilib”.