Rusiyada sərxoş sürücülərin avtomobillərinin dövlətə verilməsi təsdiqlənib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva məhkəməsi sərxoş vəziyyətdə avtomobil sürən bir kişidən Mercedes-Benz CLA 200-ni alıb.
İlk dəfə o, inzibati cəza ilə kifayətlənmişdi, ikinci dəfə isə ona qarşı cinayət işi açılıb.
Məhkəmə sürücünü 240 saat icbari işə məhkum edib, iki il sürücülük hüququndan məhrum edib və avtomobili dövlətin nəfinə həbs edib.
Sürücü avtomobili geri almaq üçün məhkəməyə müraciət edib.
Bununla belə, məhkəmə sürücünün sərxoş olması və artıq sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə və ya tibbi müayinədən imtina etdiyinə görə dəfələrlə cərimələnibsə, nəqliyyat vasitəsinin müsadirə edilməsinin mümkün olması barədə qərar çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az






