Sevdiyi qıza özünü göstərmək istəyən gənc futbol qapısının altında qalaraq ÖLDÜ – FOTObackend

Sevdiyi qıza özünü göstərmək istəyən gənc futbol qapısının altında qalaraq ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevdiyi qıza özünü göstərmək istəyən 17 yaşlı yeniyetmə futbol qapısının altında qalaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.

Rusiyanın Altay diyarında faciəvi bədbəxt hadisə baş verib. Talmenka kəndində 17 yaşlı gənc sevdiyi qızla gəzintiyə çıxarkən ona öz gücünü nümayiş etdirmək və onu heyran qoymaq qərarına gəlib.

Bu məqsədlə gənc idman meydançasındakı futbol qapısının dirəyindən asılıb. Lakin yerə bərkidilməmiş ağır dəmir konstruksiya qəfil aşaraq yeniyetmənin üzərinə yıxılıb və onu altında saxlayıb.

Hadisə zamanı yanında olan gənc qız bədbəxt oğlanı ağır dəmir qapının altından çıxarmağa çalışsa da, gücü çatmayıb. Hadisə yerinə dərhal çağırılan təcili tibbi yardım briqadası gələnə qədər ağır xəsarətlər almış yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin yerli idarəsi tərəfindən səhlənkarlıq, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Hadisənin baş verdiyi məktəbə aid idman meydançasında təhlükəsizlik qaydalarına riayət olunmasına və avadanlıqların bərkidilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək.

Altay diyarının prokurorluğu hadisənin araşdırılmasını nəzarətə götürüb.

 

Xuraman Etibarlı

İnterpress.az