Şimali Koreya Cənubi Koreya ilə 19 sentyabr 2018-ci ildə imzaladığı hərbi gərginliyin azaldılması müqaviləsini ləğv etdiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Şimali Koreyanın Müdafiə Nazirliyindən hərbi gərginliyin artdığı ifadə edilib. Cənubi Koreya ilə imzalanan azalma müqaviləsi ləğv edilib.
Razılaşmanın “layihə kağızından fərqli olmadığı” iddia edilən açıqlamada razılaşma səbəbiylə ləğv edilən bütün hərbi tədbirlərin yenidən tətbiq ediləcəyi ifadə edilib.
Şimali Koreya ordusunun artıq sözügedən razılaşmaya əməl etməyəcəyi, iki ölkə arasındakı hərbi sərhəd xəttinə daha güclü silahlı qüvvələrin və yeni hərbi texnikanın yerləşdiriləcəyi qeyd edilib.