Siqaretdən uzaqlaşdıracaqbackend

Siqaretdən uzaqlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dondurulmuş qara üzüm və daha nələr faydalıdır
 
Siqaret çəkərkən nə baş verir? Birincisi, toksiki qazlar ağ ciyərlərə və ardınca da qan dövranına keçir, bununla da bütün orqanlara yayılır. Siqaret nikotin və müxtəlif maddələr istifadə edilməklə tütün yarpaqlarından istehsal edilir. Tütün və bu qarışıq maddələr yandıqda isə xərçəngin əmələ gəlməsinə səbəb olan 40-dan çox təhlükəli kimyəvi maddələr yaranır. Siqaret tüstüsündə zəhərli qazlar – karbonmonoksid, azot oksid və radioaktiv hissəciklər mövcuddur. 
Bəlkə də bu deyilənləri siqaret çəkənlərin çoxu bilir. Amma tərgidə bilmirlər. Mütəxəssislər insan ölümü üzərindən milyardlar qazanan siqaret istehsalçılarına rəğmən bu zəhərli – zərərli vərdişdən qurtulmağın yollarını göstərir. Həm də çox dadlı, zövqverici tərzdə. Ən dadlı meyvə və tərəvəzlərdən gündəlik həyatda istifadə etməklə ölüm qaynağı siqaretdən – siqaret asılılığından xilas olmaq mümkündür. Həmin qidalar bunlardır:
– Zəncəfil – tərkibindəki maddələr hesabına ağ ciyərdəki xərçəng hüceyrələrini öldürür. Yeməklərə əlavə edə, çayını dəmləyib içə bilərsiniz.
– Zərdəçal – sarıkök. “Altun ədviyyat” adını almış zərdəçal iltihab əleyhinə ən güclü vasitədir. Ciyərləri təmizləyir.
– Alma – müxtəlif  vitaminlərlə zəngin meyvə olduğu üçün ağ ciyər xərçəngi ilə mübarizədə əsas köməkçinizdir.
– Sarımsaq – sarımsağı güclü “antibiotik agent” adlandırırlar. O, müxtəlif infeksiyaların öhdəsindən məharətlə gəlir. Astma xəstəliyinin müaicəsində, ağ ciyər xərçəngi riskini azaltmaqda böyük yardımçıdır.
Yaşıl çay – ürək-damar xəstəliklərinin müalicəsində, xərçəng xəstəliyinin müxtəlif növlərinə qarşı qoruyucu effektə malikdir.
Turpkimilər – bu tərəvəzlərdəki klorofil detoksedici vəzifə daşıyır, qanın təmizlənməsinə, toksinlərin bədəndən xaric olmasına yardım edirlər. Brokoli, kələm, dəniz kələmi… C vitamini ilə zəngindir.
Meyvələr – portağal, limon, nar və tərəvəzlər – kök, kərəvüz, xiyar, qabaq, badımcan – malik olduqları bol vitaminlər sayəsində, siqaretin orqanizmdə axırına çıxdığı mineralların yerini doldurmaqda sizi kömək edəcəklər.
Süd və süd məhsulları – aparılan araşdırmalar zamanı məlum olub ki, siqaret çəkənlər süd məhsulları qəbul etdikdə siqaretin acı, kəskin dad verdiyini iddia edir. Bu baxımdan süd məhsullarından istifadə siqaretdən uzaq dayanmağa yardım edə bilər.
– Dondurulmuş qara üzüm – niyə məhz dondurulmuş? Mütəxəssislər bu fikirdədir ki, üzüm dənələri soyuducuda dondurulursa, onun donunun açılması, əlbəttə, müəyyən zaman tələb edir. Bu zaman kəsiyi siqaret çəkənlərin şəkəri olan tələbatının getdikcə azalmasına gətirib çıxarır. Bu fikri Amerika Qəlb Dərnəyi irəli sürüb. Dərnəyin üzvləri hesab edir ki, siqareti tərgidən insanların orqanizmində ilk zamanlarda şəkər böhranı yaşanır. Böhranı aradan qaldırmaq üçün ən faydalı meyvə qara üzümdür. Dondurulmuş olması onun qəbulunu bir qədər geçikdirəcək, bu müddət ərzində orqanizmin şəkərə ehtiyacı azalacaq.
Darçın çubuğu – darçın çubuğunu sümürmək gözəl dad verir və kalorisiz həllə nail olunur.  Darçın çubuğu həm də siqaretə oxşayır, onunla manipulyasiya etmək mümkündür.
Siqareti tərk etmək istəyənlər və doğru yola çıxanlar üçün ilk müddət əlbəttə çətin keçəcək. Davamlı olaraq nəsə yemək, atışdırmq istəyəcəklər. Qətiyyən, alkoqol, kafein, ət, şəkərli və kəskin ədviyyatlı qidalara üz tutmayın. Atışdırmalıq üçün əlinizin altında məsələn, müxəlif çərəzlər saxlaya bilərsiniz – qoz, fındıq, badam, kişmiş və bu kimi digər quru meyvələr, qaxaclar. Məsələn, tut qurusu. Bunlar orqanizmə çox faydalı qidalardır.