Şirvanda zavoddan 24 000 manatlıq oğurluq edilibbackend

Şirvanda zavoddan 24 000 manatlıq oğurluq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda zavoddan 24 000 manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Şirvan Şəhər Polis Şöbəsinə martın 16-da şəhər ərazisindəki zavodun anbarından ümumi dəyəri 24 000 manatlıq – təzyiqli hava aparatının əl tapançası, 10 ədəd yük avtomobilinin yanacaq filtiri, 20 metr mis naqil, avtomobil açar dəsti, 2 ədəd metal əritmə spiralı, 220 kiloqram mis hissənin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Məmmədov, E.Bayramov və A.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.