Siyəzəndə maşın aşıb: Ölən varbackend

Siyəzəndə maşın aşıb: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza Siyəzən-Beşdam kənd yolunda qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi “Opel” markalı maşın qarşısına çıxan maneədən yayınmaq istəyərkən idarəetməni itirib. Aşan avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.